Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-15 11:00:00
İxtisas seçimində kənar müdaxilələrə yol verilməsin! - Nə etməli?  

Ali məktəblərə qəbul imtahanlarından sonra abituriyentlər üçün ən həlledici mərhələlərdən biri ixtisas seçimidir.  Bu proses bir neçə müddətdir ki, başlayıb.

 

İmtahan verən namizədlər bu zaman çox diqqətli olmalı, seçimlərini düzgün etməlidirlər. Lakin bəzi abituriyentlər var ki, proses zamanı araşdırma etmədən ixtisaslar seçirlər. Ali məktəbə qəbul olunuqdan sonra isə həmin sahə üzrə təhsil almaq istəmirlər.

 

Nadir İsrafilov: “Hər kəs öz işi ilə məşğul olmalıdır...”

 

Sözügedən mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov deyib ki, abituriyentlər yalnız oxuya biləcəkləri ixtisasları seçməlidir:

 

 

“Hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibət bildirmişdi. DİM sədri qeyd etmişdi ki, məktəb məzunları üçün imtahanlarda çox yığcam və rahat bir model tətbiq olunacaq. Bu modeli sınamaq üçün 2 il vaxt tələb olunacaq. Milli Məclisin iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı da bir neçə deputat bu təşəbbüsü dəstəklənmişdi.

 

Danılmaz faktdır ki, abituriyentlərin ən həlledici anları onların ixtisas seçimi ilə bağlıdır. İxtisas seçiminə kənar müdaxilələrə yol verilməməsi üçün abituriyent oxuya biləcəyi ixtisası seçməlidir. Bu mənada ki, gələcəkdə ixtisasını dəyişmək məcburiyyətində qalmasın”.