Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 16:30:57
ll və lll qruplarda balların ötən illə MÜQAYİSƏSİ – Rəqəmlər “danışır”  

 

Bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalında canlı yayım zamanı II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” mövzusunda çıxış edib.

 


Həmçinin, Məleykə Abbaszadə ali məktəblərə qəbulun plan yerləri barədə statistika verib. Onun sözlərinə görə bu il universitetlərə ümumi qəbul planı 55907 – dir.

 

AzEdu.az-ın xəbərinə görə ötən il ali təhsil müəssisələrinə qəbul planına ayrılmış yer 51881 idi.

 

Təhsil üzrə ekspert Kamran Əsədov ll və lll ixtisas qrupları üzrə abituriyentlərin bu il topladıqları balları ötənilki nəticələrlə müqayisə edib.

 

ll qrup üzrə ötən il 200-dən çox bal toplayan abituriyent 6 min 39 nəfər idisə, bu il 6 min 803 nəfərdir.

 

Həmçinin, sözügedən ixtisas üzrə ötən il 150-700 bal aralığı 9 min 804 nəfər nəticə əldə etmişdisə, bu il həmin arealda 10 min 911 nəfər nəticə göstərib.

 

lll ixtisas qrupuna gəldikdə isə, ötən il 150-700 bal aralığı nəticə göstərənlərin sayı 16 min 572 nəfər idi. Bu il 150-700 bal toplayanların sayı 17 min 888 nəfərə qalxıb.