Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 14:46:00
“Brend tələbə”: “Coğrafiya və ingilis dilini testlərlə öyrənmişəm”  

AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.


Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək götəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini abituriyentlərlə bölüşməsidir.


Budəfəki müsahibimiz isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) lV kurs tələbəsi İdrak Atakişilidir.

 

O danışır:

“Artıq Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlara hazırlaşmağımdan 4 il keçib. Düzünü desəm, bugünkü tələblər nələrdir bilmirəm, amma istənilən imtahana yaxşı hazırlaşmaq üçün ümumi qaydalar var. Bunlar hamının da bildiyi kimi cox oxumaq, oxuduğunu testlərlə, çalışmalarla təcrübədən keçirmək və bunu bir müddət təkrarlamaqdır. Yadımdadır ki, riyaziyyat dərslərində əlavə tapşırıqlar işlədikcə sınaqlarda topladığım bal daha da artırdı. Tarix dərslərində hər ay köhnə mövzulardan seçib oxuyardım, bunun təsiri olduqca yüksək olub. Coğrafiya və ingilis dilini, demək olar, testlərlə öyrənmişəm. Yəni bu imtahanlara hazırlaşmağın formulası çox sadədir, sadəcə proses özü yorucudur”.

 


“Brend tələbə” vurğulayıb ki, sözügedən qəbul imtahanlarına yaxşı hazırlaşan abituriyentlər stress və həyəcanlı olmamalıdırlar:

 

“İmtahan zamanı stressə qapılmamaq isə müəyyən qədər özgüvən məsələsidir. Mən imtahana girəndə "az bal yığsam da, biləcəm ki, əlimdən gələnin ən yaxşısını etmişəm" fikrində idim. Buna görə də həyəcanlanmırdım. Məncə, zəhmət çəkən abituriyent həyəcan hissi keçirməməlidir. O, başa düşməlidir ki, o öz məsuliyyətini bacardıqca yerinə yetirib. Gerisi bir az da bəxt məsələsidir”.