Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 12:05:03
II qrupa sənəd verənlərə ŞAD XƏBƏR: plan yerləri...


"II qrupda dövlət sifarişli yerlərin sayı artırılıb".

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalında canlı yayım zamanı II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” mövzusunda danışarkən bildirib.

 

O diqqətə çatdırıb ki, müəyyən ali məktəblər var idi ki, onlar dövlət sifarişli yerlər bölgüsündə iştirak etmirdilər:

 

"II qrupda demək olar ki, bütün ali məktəblər keçən il və bu il də dövlət sifarişli yerləri təqdim ediblər. Amma iki ixtisas üzrə - beynəlxalq ticarət, logistika və marketinq ixtisası üzrə Bakı Mühəndislik Universiteti də bu il dövlət sifarişli yerlərin bölüşməsində iştirak edir.

 

UNEC-in Zaqatala filialı da bu il dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə dövlət sifarişli yerlərin siyahısında var. Bu, bu il üçün yenilikdir. Bakı Dövlət Universitetində də statistika ixtisası da II qrup üzrə dövlət sifarişli yerlərin siyahısında öz yerini tapıb".