Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 11:44:15
“290 baldan yuxarı nəticə göstərənlər ödənişsiz oxuyacaq” - RƏSMİ


"II qrupda 290 baldan yuxarı nəticə göstərən abituriyentlər ödənişsiz təhsil alacaq".

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalında canlı yayım zamanı I və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” mövzusunda danışarkən bildirib. Sədr qeyd edib ki, II qrupda dövlət sifarişli yerlərin sayı 4 325-dir:

 

"Dövlət sifarişli yerlərə 300 baldan yuxarı nəticə göstərən 4 126 nəfər var. 290 baldan yuxarı nəticə göstərən insanların dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq imkanı olacaq. Bu, yalnız II qrupa aiddir. Çünki burada belə müsabiqə vəziyyəti yaranıb".