Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 09:54:52
Firudin bəy Köçərlinin İZİ İTMƏDİ: 3 fakt - Natiq Məmmədli yazır  

 

 Tanınmış araşdırmaçı jurnalist, MEDİA-nın şöbə müdiri Natiq Məmmədli Feysbuk profilində “Firidun bəy Köçərli nümunəsi” başlıqlı status  paylaşıb. AzEdu.az bu postun olduqca böyük tarixi və ictimai əhəmiyyətə malik olduğunu nəzərə alıb, oxuculara təqdim edir:

 

 

-Böyük müəllimin həyatından üç faktı diqqətinizə çatdırım.


Birinci fakt: İl 1899, Firudin bəy Şuşada evində oturubmuş. Həyətə bir orta yaşlı kişi gəlir, yanında uşağı. Deyir “bəy, uşağımı oxutmaq istəyirəm”. Firudin bəy bir müddət uşağı evində saxlayır, müşahidə edir. Sonra həyat yoldaşına deyir: “Badisəba, bilirsən bu nə istedadlı uşaqdı, bilirsən bunun nə gələcəyi olacaq”. Onu özüylə aparıb Qori Seminariyasına qəbul elətdirir. Həmin uşaq Üzeyir Hacıbəyov idi!

 

 


İkinci fakt: Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 25 yanvar 1919-cu il tarixli iclasında belə bir qərar qəbul edir: dövlət qulluğunda çalışan şəxslər parlament üzvü ola bilməzlər, yəni iki vəzifədən birini yerinə yetirməlidirlər. Parlamentin deputatı Firidun bəy Köçərli Qazax Müəllimlər Seminariyasının direktoru idi. O, müəllim kimi dövlətinə xidmət göstərməyi deputatlıqdan üstün tutur və 4 fevral 1919-cu ildə məbusluqdan (deputatlıqdan) istefa verir.

 

 

Üçüncü fakt: İl 1920, Firudin bəy Köçərli işğalçı sovet repressiyasının ilk qurbanlarından olur, izini itirmək üçün nəşini Gəncə çayına atırlar.

 


Amma Firudin bəy Köçərlinin İZİ İTMƏDİ!

 


ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin təşəbbüsü ilə ADA Universiteti Seminariyanın tarixi binasını və onun maarifçi missiyasını bərpa etdi. Tarixi yaddaş və haqq öz yerini tapdı! Qazaxdan bütün Azərbaycana düşən işıq yenə də parlayır.

Qori Seminariyasında 250 azərbaycanlı kamala yermişdisə, bu gün o minlərin, milyonların qəlbinə işıq saçacaqdır!

Firudin bəyin missiyası davam edir!

Peut être une image de 2 personnes