Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 14:56:00
Qarabağdakı məktəblərə bu müəllimlər cəlb olunacaq – AÇIQLANDI  

Azərbaycanın işğaldan azad olunmuş bölgələrində yeni məktəblərin tikintisinə və bərpasına uzun müddətdir ki, başlanılıb.

 

Xəbər verdiyimiz kimi, Şuşa şəhərində bərpa olunan 1 nömrəli məktəbin tikintisi davam edir.

 

Bəs sözügedən məktəbin tikintisi bitdikdən sonra burada təhsil necə olacaq? Və təhsil səviyyəsinin daha keyfiyyətli olması üçün hansı addımlar atılmalıdır?

 rektor-ceyhun-memmedov-dini-terminler-lugeti-uzerinde-chalishiriq

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədovun sözlərinə görə, işğaldan azad olunan regionlarımızda tikilən məktəblər, ölkəmizin digər bölgələrindəki təhsil ocaqlarından heç də fərqlənməyəcək.

 

“Artıq Qarabağın bir çox işğaldan azad olunmuş rayonlarında yeni məktəblər inşa olunur. Biz həmin məktəblərin inşasına şahid oluruq və bu barədə informasiyalar da verilir. Qeyd edim ki, sözügedən təhsil müəssisləri ən yüksək səviyyədə bərpa olunur. Düşünürəm ki, bu məktəblər Azərbaycanın digər bölgələrində olan məktəblərindən məzmun, keyfiyyət baxımından fərqlənməyəcək. Təhsil sahəsində ölkəmizin bütün bölgələrində eyni sistem və qaydalar tədbiq olunur”.

 

Deputat onu da qeyd edib ki,  zaman keçdikcə işğaldan azad olunan bölgələrimizə daha çox əhali köçəcək:

 

“Nəzərə almaq lazımdır ki, bir müddət sonra sözügedən ərazilərə daha çox insan yerləşəcək. Buna görə də bərpa olunan məktəblərdə daha çox şagirdi qəbul etmək imkanı olmalıdır. Eyni zamanda düşünürəm ki, bu prosesə peşəkar müəllim və pedaqoqlarımız cəlb olunması önəmlidir. Digər vacib məsələ isə yeni məktəblərdə fəaliyyət göstərənlər elə həmin ərazidə doğulub, böyüyənlər olmalıdır. Çünki sözügedən insanlar bu torpaqlara daha bağlıdır və öz işlərinə göstərəcəkləri həvəs daha faydalı ola bilər”.