Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-28 13:12:55
Məktəblərdə telefon: YUNESKO “yox”, ekspert isə “hə” deyir – Ziddiyyət  

 

 

YUNESKO məktəblərdə smartfonların qlobal şəkildə qadağan edilməsini təklif edib. 

 Təşkilatın hesabatında deyilir ki, sinifdəki problemləri həll etmək, öyrənməni yaxşılaşdırmaq və uşaqları kiber zorakılıqdan qorumaq üçün smartfonlar məktəblərdə qadağan edilməlidir.

 

Bəs Azərbaycanda da bu qadağa tətbiq edilməlidirmi?

 

AzEdu.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu qadağanın tətbiqi mümkünsüzdür:

 

“21-ci əsrdir və texnika dövrüdür. Bu kimi məsələlərlə biz sadəcə inkişafın qarşısını almış olacağıq. Mənə elə gəlir ki, indiki zəmanədə mobil telefonlar həyatımıza, eləcə də tədrisimizə elə inteqrasiya edib ki, məktəblərdə qadağan olunması tətbiqi çox çətin, hətta mümkünsüzdür”.

 

Məsələ ilə bağlı Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşova isə məktəblərdə telefonların qadağan olunması tərəfdarı olduğunu söyləyib:

 

“Mən də smartfonların məktəblərdən yığışdırılmasının tərəfdarıyam”.