Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-28 12:23:39
Yenə dəniz, yenə boğulma... – Şagirdlər maarifləndirilmir! – Kimdir müqəssir?  

 

 Hər il olduğu kimi bu il də yay başladığı vaxtlardan dənizdə, çayda boğulma halları ilə bağlı xəbərlər eşidirik. Boğulanların əksəriyyətinin məktəblilər olduğu məlumdur. Məsələn, dünən Mingəçevir şəhər R.Qəhrəmanov adına 14 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədli Muhamməd Vüsal oğlu Kürdə boğularaq ölüb. 

Bəs bu kimi halların əsas səbəbkarı kimlərdir? Yeniyetmələri təhlükəli yerlərlə bağlı valideyn, yoxsa məktəb maarifləndirməlidir?

 

 

Suallarımıza cavab tapmaq məqsədilə təhsil eksperti Elşən Qafarova müraciət etdik.

 

Elşən Qafarov: “Xarici dil müəllimlərinin çoxu tədris etdiyi dildə danışa  bilmir”

 

AzEdu.az-a açıqlama verən ekspert istər tədris, istərsə də tətil dönəmində şagirdin davranışlarından özünün və valideynin məsuliyyət daşıdığı qənaətindədir: 

 

 

“Bütün məktəblər hazırda yay tətilindədi. Uşaqların yay tətilini səmərəli keçirməsinə kömək etmək valideynin öhdəsindədir. İstər tədris, istərsə də tətil dönəmində şagirdin davranışlarından özü və valideyn məsuliyyət daşıyır.

 

Baş verən boğulma hallarında ən çox yeniyetmələrin adı hallanır. Hazırki dönəm də tətil dönəmi olduğu üçün bu bir daha göstərir ki, onların təhlükəsizliyinin təmin olunmasına məhz öz valideynləri cavabdehdir. Görünür, onlar bu məsələdə bir qədər zəifdir. Övladlarının yaxşılığı üçün daha ciddi yanaşmalıdırlar”.

 

 

E.Qafarov çayda boğulma halları ilə bağlı  yerli icra hakimiyyəti orqanları, yerli bələdiyələrin tədbir görməsini vacib hesab edir:

 

 

“Eyni zamanda çimərlik olan yerlərdə xüsusi nəzarət mexanizmi, xilasedicilər olmalıdır. Bu zaman öhdəlik elə gəncin öz üzərinə düşür. O düşünməlidir ki, tənha, heç bir xilasedici olmayan yerlərdə üzmək təhlükəlidir. Bu şəhər ərzisində yerləşən çimərliklərdə təmin olunub. Rayonlarda çaya üzməyə gedənləri nəzərə alaraq yerli icra hakimiyyəti orqanları, yerli bələdiyyələr hansı ərazilərin təhlükəsiz olduğu ilə bağlı məlumatlandırmalar aparmalıdır”.