Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-27 11:51:00
Diaspor Komitəsi AzEdu- nun təklifini dəstəklədi: Borçalı türklərinə kitablar...

 

Bir müddət öncə AzEdu.az təhsil portalı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, cənab Fuad Muradova müraciət edib. Müraciətin hədəf və prioriteti Gürcüstandakı soydaşlarımıza müxtəlif sahələr üzrə kitablar hədiyyə etməkdir.

 

Çünki AzEdu.az Təhsil Portalının bu istiqamətdə yetərli təcrübəsi var, zaman-zaman paytaxt Bakıda kitab kampaniyası həyata keçirib. Lerik, İsmayıllı, ümumən 10 ucqar bölgədə insanlara kitab paylayıb.

 

Bu işi Gürcüstanda daha böyük şəkildə həyata keçirə bilmək, toplanacaq kitabların Gürcüstana çatdırılması və orada soydaşlarımıza paylanması ilə bağlı Dövlət Komitəsindən dəstək istəyib.

 

Komitənin bu nəcib təşəbbüsə reaksiyası gecikməyib. Gürcüstanda yaşayan azərbaycanlıların zəngin dünyagörüşü və aydın intellektual baxışa yiyələnməsi üçün layihəyə dəstək verib. Beləliklə,  layihə çərçivəsində öz nəşrimiz olan 200  "İnformatika bələdçisi" test bankı və eyni adlı nəzəriyyə kitabı Komitəyə təhvil verilib.