Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-07 15:23:08
Bəzi yerlərdə intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır

Azərbaycanda dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9°, gündüz 9-12° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi rayonlarda duman közlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı bildirilir.