Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-18 10:52:46
Astronomiya dərsi tədris proqramına qaytarılsın !

 

“Bu günlərdə Şamaxı Astrofizika Rəsədxanasının elmi işçiləri ilə söhbət etmək imkanım oldu. Çox da məyus oldum. Burada şöbə müdiri, böyük elmi işçi, layihə rəhbəri statusunda olan elmi əməkdaşların cəmi 500-600 manat əmək haqqı aldığını öyrəndim. Kosmosda resursların bölüşdürülməsi uğrunda amansız mübarizənin getdiyi bir vaxtda astrofizika üzrə, səma problemləri üzrə, kosmos üzrə elmi araşdırma aparan əməkdaşa verilən bu əmək haqqının hansı elmi əsaslandırması ola bilər”.

 


AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz paylaşımında yazıb.

 


Onun sözlərinə görə, Rəsədxana bir il öncə Prezidentin fərmanı ilə AMEA-dan alınaraq, ETN tabeliyinə verilib:

 


"Bir il öncə Təhsil naziri Emin Əmrullayev də burada olub. Əməkdaşlar bu dəyişikliyin müsbət təsirlərini gözləyirlər.  Yeni Əsasnamələrindən də heç bir xəbər yoxdur.

Yeri gəlmişkən, uzun illərdi ki , ölkəmizdə astronomiya fənninin ayrıca fənn olaraq tədrisi də NK qərarı ilə dayandırılıb. Kosmos məsələləri üzrə Agentliyi olan ölkənin, Dünya kosmos ailəsinin üzvü olan ölkənin, bütün dünyanın astronavtika ailəsinin bir-iki aydan sonra toplaşacağı ölkənin, nəhayət Rəsədxanası olan ölkənin astronomiya fənninin də tədris proqramlarından çıxarılmağı xeyli düşündürücüdür".