Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-29 15:16:00
Qızılcaya görə məktəblər bağlanacaq? - Nazirdən CAVAB

"Qızılcaya görə, məktəblərin bağlanması gündəmdə deyil".

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün fevralın 29-da keçirilən brifinqdə deyib.

 

Nazir qeyd edib ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır və məktəblərin bağlanması gündəmdə deyil:

 

"Məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edirəm. Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək digər uşaqlarla yaxın təmasda olmasınlar. Övladlarınızın peyvənd olunmasını tövsiyə edirik".