Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 09:46:35
Deputat:  “Orta və ali təhsil üzrə tədqiqatlar geniş vüsət alıb  

 
Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsi çərçivəsində Data analitikası və təhsil tədqiqatları üzrə işçi qrupu yaradılıb.

 

Qeyd edək ki, data analitikası və təhsil tədqiqatları işçi qrupunun təlim proqramları çərçivəsində minimum 180 saat olmaqla 10 təlim sessiyalarının keçirilməsi planlaşdırılır. Təlimlərin keçirilməsində əsas məqsəd data analitikasının əsas anlayışlarını və qərar qəbuletmə prosesində onun əhəmiyyətini mənimsəmək, siyasət təhlili və tədqiqat metodologiyalarından səmərəli istifadə etməklə təlim iştirakçılarının potensiallarının gücləndirilməsindən ibarətdir. Yeni bilik və bacarıqların əldə edilməsinin nəticəsi olaraq, data analitikası üzrə strategiyanın yaradılması və müxtəlif mövzularda qrup şəklində təhsil tədqiqatları aparılması da nəzərdə tutulub.
sözügedən işçi qrupu 39 üzvdən ibarətdir

 

Deputat Etibar Əliyev yalan deyirsə cəzalandırılsın - İdarə rəhbərindən  AÇIQLAMA


Təşəbbüsü dəstəkləyən millət vəkili, təhsil üzrə ekspert Etibar Əliyev AzEdu.az-a söyləyib ki, təhsil tədqiqatları üzrə işçi qrupunun yaradılmasını yüksək qiymətləndirir:

 

“Bir neçə dəfə ictimai şuranın üzvü kimi Təhsil İnstitutunda olmuşam. Mövcud problemlərlə bağlı dialoqlar aparılıb və bunu müsbət hal kimi dəyərləndirirəm.

 


Xüsusilə orta və ali təhsil üzrə tədqiqatlar geniş vüsət alıb. Düşünürəm ki, Təhsil İnstitutu bu mərkəzi yaratmaqla bir sıra mütəxəssisləri də cəlb edəcək. Həqiqətən də təhsil sahəsində mövcud problemlər çözüləcək. Bu tədqiqatlar toplum şəkildə çap olunsa, yaxşı olardı”.

 

E.Əliyevin sözlərinə görə, alimlər olaraq çalışırıq ki, tədiqatlar, araşdırmalar geniş vüsət alsın:

 

“Müəllimlər, elm adamları tədqiqat işlərindən bəhrələnsin”.