Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 12:43:03
MİQ-də daha bir yüksək nəticə - 86,25 BAL

Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanı mərhələsinin ilk günündə daha bir fənn üzrə yüksək nəticə qeydə alınıb.


Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Nazirlikdən bildirilib ki, test imtahanı mərhələsinin ilk günündə fiziki tərbiyə fənni üzrə namizədlər arasında yüksək bal toplayanlardan biri də Xəqani Şahverdiyevdir. Belə ki, o, 86,25 bal toplayıb.

Qeyd edək ki, dünənki imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunmuşdu.

 

Ümumilikdə 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.

 
Müsabiqəyə ümumilikdə 10 min vakant yer çıxarılıb.


A.Qorxmaz