Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 19:35:50
MİQ imtahanlarında daha bir yüksək NƏTİCƏ 

Müəllimlərin işə qəbulu üzrə (MİQ)  müsabiqənin bugünkü test imtahanında yüksək nəticə qeydə alınıb.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, kimya fənni üzrə imtahan verən Novruzov Vüsal Hidayət oğlu 93.75 bal toplayıb.

 

Vüsal Novruzov Masallı rayonun Ərkivan qəsəbəsindəndıdir.

 

Qeyd edək ki, bugünkü imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub.

 

58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.

 

Müsabiqəyə ümumilikdə 9 min vakant yer çıxarılıb.

 

A.Qorxmaz