Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 09:44:22
MİQ imtahanları bu yerlərdə keçirilir – SİYAHI

Bu gündən 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır.

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, MİQ üzrə 9 mindən artıq vakant yer var. Müsabiqənin test imtahanı mərhələsində ümumilikdə 58 000-ə yaxın namizədin iştirakı gözlənilir.

MİQ üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.

İmtahanlara gələn namizədlər saat 8:30-da təyinat yerinin qarşısında olmalıdırlar. Saat 8:30-dan 09:45-dək qeydiyyat aparılacaq. Qeydiyyat prosesinə gecikən namizəd imtahan prosesinə buraxılmayacaq.

AzEdu.az imtahanların keçirildiyi tarixlər və məkanları təqdim edir:


No description available.

No description available.

No description available.

No description available.


A.Qorxmaz