Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 08:42:48
Müəllimlərin işə qəbulu imtahanları BAŞLADI

Bu gün - iyulun 11-dən müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanı mərhələsinə start verilir.

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bir müddət öncə namizədlərin şəxsi səhifələrinə imtahanların keçiriləcəyi tarix və məkanla bağlı bildiriş göndərilib.



MİQ üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.


Müsabiqənin test imtahanı mərhələsində ümumilikdə 58 000-ə yaxın namizədin iştirakı gözlənilir.


Qeyd edək ki, MİQ üzrə 9 mindən artıq vakant yer var. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.


Xatırladaq ki, MİQ imtahanlarına elektron sənəd qəbulu 22-30 may tarixlərində aparılıb.

Müsabiqə 4 mərhələdən ibarətdir:

- elektron ərizələrin yoxlanılması;
- test imtahanı;
 - vakant yerlərin seçilməsi;
- müsahibə.


No description available.