Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 11:10:00
Niyə abituriyentlər öyrəndiklərini yaza bilmirlər ? – Cavab  

Hazırda abituriyent, valideyn və müəllimlərin diqqətində olan məsələlərdən biri  Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarıdır.

 

Müşahidələr əsasında görürük ki, valideynlər tərəfindən ən çox narazılığa səbəb olan nüanslardan biri övladlarının çox oxumasına rəğmən müsbət nəticə göstərə bilməməsidir.

 

 

Bu səbəbdən çox zaman imtahan suallarının yanlış və çətin tərtib olunduğuna dair iddialar da ortaya atılır.

 

 

Maraqlıdır, bəs sistemli olaraq oxuyan savadlı abituriyentlərin qəbul imatahanlarında aşağı bal toplamasının səbəbləri nədən irəli gəlir?

 

 Az bal toplayan bütün abituriyentlərin ixtisas seçimi üçün müraciətlərini  qəbul etmişəm"-Təhsil eksperti - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən, təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib qeyd edib ki, abituriyentlər imtahana gedərkən özlərindən çox əmin olur, hər şeyi bildiklərini zənn edirlər, bu isə yaxşı nəticə vermir:

 

 

“Ali təhsil müəssisələrinə qəbulun 1-ci şans imtahanından sonra, insanları ən çox düşündürən suallardan biri də abituriyentlərin bildiklərini yaza bilməməsidir. Ən vacib məsələ odur ki, abituriyentlərin çoxu imtahana gedəndə elə fikirləşir ki, hər şeyi bilir. Arxayın olurlar və imtahana çox rahat şəkildə gedirlər. Sullarla tanış olduqdan sonra isə görürlər ki, heç də düşündükləri kimi deyil. Uzun illərdir, müşahidlərim əsasında deyə bilərəm ki, abituriyentlər 2-ci cəhdə daha ciddi hazırlaşırlar.

 

 

Birinci şans imtahanına gedirlər, çətinlikləri və sual tiplərinin necə olduğunu görürlər. Və onlara aydın olur ki, imtahan vermək heç də düşündükləri kimi asan deyil. Bəziləri ona görə yaxşı bildiklərini fikirləşib, az bal toplayırlar. Həmçinin, imtahanların 2 cəhd olması da onlara rahatlıq hissi verir. Bəlkə də sözügedən proses 1 dəfə olsa, abituriyentlər daha ciddi hazırlaşar. Onlar birinci cəhdi sınaq kimi nəzərdə tuturlar. Bu da təbii ki, nəticələrinə təsir göstərir. Özüm də müşahidə etmişəm ki, bir çox abituriyent var idi ki, biz onlardan yüksək nəticə gözləyirdik, lakin həmin abituriyentlər heç də etimadımızı doğrultmadılar”.

 

 

 

Ekspert vurğulayıb ki, DİM-in tərtib etdiyi suallarda heç bir problem yoxdur:

 

 

“Hər il bu tərtibat getdikcə təkmilləşir. Avropa təhsil sisteminə uyğunlaşmağa çalışır. Bu, müsbətdir. Düzdür, buraxılış imtahanında Azərbaycan dili fənnindən bəzi problemlər yaşandı, amma düşünürəm ki, bu elə də ciddi problem deyildi. Yenə də qeyd edim ki, zəif nəticələr şagirlərin psixoloji vəziyyəti ilə əlaqədardır. Onlar arxayın şəkildə imtahana girir və sonda heç də asan olmadığını görürlər”.