Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 11:16:39
Nazir: “Hər 3 müəllimdən biri 1000 manat maaş alacaq” 

"Müəllim heyəti üzrə orta aylıq əmək haqqı 830 manatdır."
 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı deyib.

O bildirib ki, 6 minə yaxın müəllimin maaşı 35% artacaq.


35 faiz artım əldə edən müəllimlər 1270 manat, 10 faiz əldə edənlər 1030 manat maaş ala biləcək.


Nazirin sözlərinə görə, sertifikatlaşdırmada iştirak etməyən müəllim heyətinin orta aylıq əmək haqqı 750 manat təşkil edir.

 

2023-204-cü tədris ilində hər 3 müəllimdən biri 1000 manat maaş ala biləcək. 


E.Əmrullayev bildirib ki, son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqında 3 dəfədən çox artım olub.


"2022-ci ilin yanvar və sentyabrında, 2023-cü ilin isə fevral və sentyabrında müəyyən artımlar olub. Yəni iki ildə əmək haqqında 4 dəfə artıma doğru dəyişiklik olub", - nazir qeyd edib.


No description available.