Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 13:29:18
Professor magistr imtahanlarından narazıdır: “Məntiqdən sualların salınması...”  

 

“...pedaqoji məntiqsizlikdir”

 

Məlumdur ki, məntiq fənn kimi orta məktəblərdə tədris olunmur. Universitetlərdə keçirilən məntiq dərsləri isə formal məntiqə əsaslandığı üçün magistratura imtahanlarında tələb olunan tapşırıqlar ilə demək olar ki, əlaqəsi olmur.

 

Müşahidələr də onu göstərir ki, bakalvrların magistratura imtahanında ən çox çətinlik çəkdiyi fənn məntiqdir.

 

Maraqlıdır, bakalvrların tədris olunmayan fəndən imtahan vermələri nə dərəcədə doğrudur?

 

Sözügedən mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil üzrə mütəxəssis, professor Şahlar Əsgərov keçirilməyən fənndən imtahanın mövcud olmasını düzgün hesab etmir:

 

“Məktəblərdə məntiq fənninin tədrisi ilə bağlı sualın cavabı Ulu öndərin irsində var. Heydər Əliyev deyib: “Bizim dövlətin gələcək taleyi gənclərə nəyi və necə öyrətməyizdən asılı olacaqdır”.

 

 

Bu səbəbdən də hər kəsin, o cümlədən də mənim cavabım subyektiv olar. Bizə isə obyektiv cavab lazımdır. Obyektiv cavab elmi olmalıdır. Hansı fənnin, hansı sinifdə tədrisi xeyli ciddi məsələdir.

 

 

Tədris olunan fənnin mənimsəmə dərəcəsini bilmək üçün imtahan götürülür. İmtahan biletinə orta məktəbdə tədris planına daxil olmayan istənilən fəndən sual salmaq pedaqoji məntiqsizlikdir və bəd niyyətliyin təzahürüdür. Təkrar olaraq qeyd edim ki, imtahan “öyrətmək istədiyimizi öyrənci öyrənə bilibmi?” -sualına cavab tapmaq niyyəti ilə aparılmalıdır”.