Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 11:44:48
DİM SABAH qruplarında magistr olmaq istəyənlərə müraciət etdi

Məlum olduğu kimi, ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan SABAH qruplarına (siyahı) daha hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə 3 – 10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsində yaradılan komissiyada müsahibədən keçmələri tələb olunur.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qurumun internet səhifəsində tələbələrin qeydiyyatı aparılır. Qeydiyyat linki (https://eservices.dim.gov.az/ERIZEMAG/qeydiyyatsabah/) 10 iyul saat 12:00-dək aktiv olacaq.

Qeydiyyatdan keçmiş bakalavrlar müvafiq ali təhsil müəssisəsinin (ATM) təyin etdiyi qrafiklə müsahibəyə dəvət olunurlar. Bunun üçün ATM-in nümayəndəsi tərəfindən bakalavrın magistraturaya qəbul imtahanında iştirak etmək üçün verdiyi ərizəsində göstərdiyi əlaqə nömrəsinə zəng olunur. Müsahibənin proqramı və məzmunu ATM tərəfindən müəyyən edilir.

Müsahibədə uğur qazanmış bakalavrlara 6 – 13 iyul 2023-cü il tarixlərində magistraturaya qəbul üçün elektron ixtisaslaşma seçimi ərizələrində digər ixtisaslaşmalarla yanaşı SABAH qruplarına aid müvafiq ixtisaslaşmaları da seçmək imkanı veriləcək.

Bakalavrlar xüsusi olaraq nəzərə almalıdırlar ki, SABAH qruplarının müsahibəsində iştirak edib-etməmələrindən, iştirak edənlərin isə müsahibədə uğur qazanıb-qazanmamalarından asılı olmayaraq, magistraturaya qəbul olmaq istəyən hər kəs 6 – 13 iyul tarixlərində elektron ixtisaslaşma seçimi prosesində iştirak etməlidir.