Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 17:56:00
“İmtahana ciddi hazırlaşmışdım” - I qrupda ən yüksək bal yığan abituriyent

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 3-4 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

 

Nəzərov Cavid Mehman oğlu imtahanlarda l ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə göstərərək 692.8 bal toplayıb. Belə ki, imtahanın I mərhələsində 295.8, II mərhələsində isə 397 bal toplayıb.

 

 

 O, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunudur.

 

AzEdu.az-a müsahibə verən Cavid Nəzərov ilkin təəssüratlarını bizimlə bölüşüb:

 

 

-Balınızı eşidəndə hansı hissləri keçirdiniz? Ailəniz buna necə reaksiya verdi?

 

-Ailəmlə birlikdə evdə balımı ilk dəfə eşidəndə olduqca sevinc hissi keçirdim. Balımı ailəmə gösətərəndə çox xoşbəxt oldular və məni təbrik etdilər.

 

 

- Yüksək nəticəni nəyə borclusuz?

 

-Repetitor və müəllimlərimin köməyi ilə imtahana çox ciddi və yüksək səviyyədə hazırlaşmışdım. Düşünürdüm ki yaxşı nəticə göstərəcəm. Elə də oldu. Ən yüksək nəticə göstərənlərdən biri oldum.

 

 

-İxtisas və universitet seçimini etmisiz?

 

-Bəli, Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil almaq istəyirəm.

 

 -Burdan yaşıdlarınıza nə tövsiyə edərdiniz?

- Onlara tövsiyəm odur ki, yaxşı nəticə göstərmək üçün vaxtlarını düzgün bölsünlər.