Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 09:28:00
12 mart tarixli buraxılış imtahanının apellyasiya nəticəsi AÇIQLANACAQ

Dövlət İmtahan Mərkəzi (DİM) 5 mart 2023-cü il tarixində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından verilmiş şikayətlərlə bağlı apellyasiya nəticələrini açıqlayıb.

 

İndi abituriyentlər 12 mart və 30 aprel tarixində keçirilən buraxılış imtahanları ilə bağlı apellyasiyanın  nəticələrinin açıqlanmasını gözləyirlər.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, hazırda 12 martda olan imtahan üçün proses başa çatmaq üzrədir. Ondan sonra digər imtahanlarla bağlı müraciətlərə baxılacaq.

 

Qeyd edək ki, 5 martda keçirilən buraxılış imtahanında iştirak edən 1009 şagirdin nəticələrində dəyişiklik edilib.