Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 12:50:00
Bu gün şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq
6 iyun saat 18:00-dan 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.
 
Azərbaycan Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 
 
Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.