Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 12:27:14
AzMİU-nun tələbəsi 15-ci Paul Klein Fəxri Kuboku ilə təltif olunub

Ramin Allahverdiyev Almaniyanın Lüdviqshafen şəhərində keçirilən 15-ci Paul Klein Xatirə Turnirində  yarışın təşkilatçıları tərəfindən fəxri kubokla təltif edilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, Lüdviqşafen şəhərində 17 yaşadək sərbəst güləşçilər arasında 15-ci dəfə Paul Klein açıq turniri keçirilib. Ölkəmizi bu yarışda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İdman Klubunun güləş müəllimi, əməkdar məşqçi Ramin Allahverdiyevin rəhbərliyi ilə 2 yeniyetmə güləşçi təmsil edib.

 

Almaniyanın müxtəlif əyalətlərindən və Belçikadan 200-ə yaxın idmançının qatıldığı turnirdə Saleh Şahverdiyev (65 kq) qızıl, Riad İsmayılov (80 kq) bürünc medal qazanıb.

 

AzMİU-nun məşqçi-müəllimi Ramin Allahverdiyev də yarışın təşkilatçıları tərəfindən təltif edilib. Ona 15-ci Paul Klein Fəxri Kuboku təqdim olunub.