Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-09 09:37:00
Şəkili şagird 3 ildir olimpiadalarda qızıl medal qazanır

Şəki şəhərindəki Kimya-Biologiya Təmayüllü Liseyin 9-cu sinif şagirdi Respublika Fənn Olimpiadalarından ardıcıl olaraq 3 il qızıl medal qazanıb.

 

AzEdu.az xəbər verir ki, sözügedən şagird Abbaszadə Rasim Yusif oğludur.

 

Belə ki, Rasim 2021-ci ildə keçirilən Respublika Fənn Müsabiqəsində Biologiya fənni üzrə 1-ci yerə layiq görülərək qızıl medal alıb. O, 14 may 2022-ci il tarixində keçirilən Respublika Fənn Olimpiadasında 9-cu siniflər arasında biologiya fənni üzrə növbəti dəfə 1-ci yerə layiq görülməklə qızıl medala sahiblənib.
Nəhayət 4 may 2023-cü il tarixində keçirilən Respublika Fənn Olimpiadasında Rasim yenə 1-ci yeri tutaraq qızıl medal qazanıb.