Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 16:27:00
Şagirdləri daşıyan avtobus yük maşını ilə TOQQUŞDU

Türkiyənin qərbində yerləşən Balıkəsir vilayətində cümə günü baş verən qəzada əksəriyyəti lisey şagirdi olan 33 nəfər yaralanıb.

AzEdu.az "Anadolu"ya istinadən xəbər verir ki, qəza Bursa-Balıkəsir avtomobil yolunun Susurluq kəndi yaxınlığında baş verib. Lisey şagirdlərini daşıyan avtobus eyni istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub.

Hadisə nəticəsində avtobus sürücüsü, lisey işçisi və 31 şagird xəsarət alıb. Onların həyatı təhlükədə deyil. Hadisə yerinə gələn əyalət qubernatoru qəza ilə bağlı məlumat alıb.