Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 08:30:00
Şagirdlərə süni intellektlə işləmək öyrədiləcək

Rəqəmsal Transformasiya Nazirliyi məktəb kurrikulumunda şagirdlərin süni intellekt haqqında biliklərə yiyələnməsinə kömək edəcək dəyişikliklərə start verəcək.

AzEdu.az xəbər verir ki, bu barədə Ukrinform-a müsahibəsində Ukrayna Baş nazirinin innovasiyalar, təhsil, elm və texnologiyanın inkişafı üzrə müavini Mixail Fedorov deyib. 

Onun sözlərinə görə, uşaqlara süni intellektlə işləməyi öyrətmək birinci siniflərdən aparılmalıdır ki, onlar süni intellektin necə işlədiyini və ondan necə istifadə ediləcəcəyini bilsinlər.

Tələbələr də süni intellekt vasitəsi ilə müxtəlif mövzuları araşdırmaq, məlumatları müqayisə etmək, prosesləri avtomatlaşdırmaq və digər tapşırıqları yerinə yetirmək üçün köməkçi vasitə kimi istifadə edə biləcəklər.

“Süni intellekt ən yaxşı şəkildə idarə olunan geri dönməz bir tendensiyadır. Bundan qorxmaq və görməzlikdən gəlmək lazım deyil, onu başa düşmək və öz həyatını yaxşılaşdırmaq üçün istifadə etmək olar. Süni intellekt yaxın gələcəkdə əmək bazarına təsir edəcək və biz buna hazır olmalıyıq”, - Fedorov bildirib.

O, həmçinin əmindir ki, ukraynalı məktəblilər süni intellekt haqqında yaxşı biliyə malik olmalıdırlar.


“Məktəb proqramında müvafiq dəyişikliklər edəcəyik. Bu, gələcəkdə onlara kömək edəcək müasir innovativ bacarıqların tərkib hissəsidir”, - deyə Baş nazirin innovasiya, təhsil, elm və texnologiyanın inkişafı üzrə müavini vurğulayıb.