Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-03 09:55:00
Koreya dili müəllimlərinə tələb üç dəfə artıb

Aparılan araşdırmalar son ildə Rusiyada Koreya və Çin dillərini öyrənənlərin sayının kəskin artdığını göstərir.

AzEdu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, tədqiqatın müəllifləri bu dinamikanı onunla izah edirlər ki, şirkətlər hazırda biznesdə yeni xarici tərəfdaşlarla əməkdaşlıq qurmağa kömək edəcək mütəxəssislərə təcili ehtiyac duyurlar.

Bundan əlavə, rus məktəbliləri arasında son vaxtlar Koreya pop mədəniyyətinə böyük maraq artmaqdadır.

Ərəb dili müəllimlərinə də tələbat il ərzində iki dəfədən çox artıb.

Avropa dilləri üzrə repetitorlara ehtiyac xeyli azalıb: ingilis dilində - 45%, ispan dilində - 41%, alman və fransız dillərində - 35%.

Rusiyada xarici dil müəlliminin orta əmək haqqı il ərzində 5%, vakansiyaların sayı 22%, abituriyentlərin marağı isə 3% artıb.