Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-03 08:54:00
Şagirdləri isti yeməklə təmin etmək artıq məcburidir

May ayının 1-dən Rusiyadakı məktəb yeməkxanalarında isti yeməyin məcburi olmasını nəzərdə tutan hökumət qərarı qüvvəyə minib.

Azedu.az xəbər verir ki, bu barədə Rusiya KİV-lərində məlumat yayılıb.

Sənəddə xüsusi olaraq qeyd olunur ki, məktəbliləri yeməklə təmin edən podratçılar onların menyusundan isti yeməkləri çıxarmaq hüququna malik deyillər. Bundan əlavə, onlardan müxtəlif yaş qrupları üçün pəhrizin məzmununu məktəb rəhbərliyi ilə razılaşdırmaq və şagirdlərin fərdi xüsusiyyətlərini (məsələn, pəhriz qidasına ehtiyac) nəzərə almaq tələb olunur.

Təchizatçılardan həmçinin məktəb bufetinə göndərilən hər bir qida partiyasından gündəlik nümunə götürmək və saxlamaq tələb olunur.