Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 08:30:00
Nazir: “Müəllimlərin maaşı artırılmalıdır!”

Təhsil və Elm Nazirliyi təhsilin bütün pillələrində mütəxəssislərin maaşlarının artırılması məsələsi üzərində fəal işləyir.

Azedu.az xəbər verir ki, bu barədə Ukrayna təhsil və elm naziri Oksen Lesovoy “Snіdanok z 1+1” verilişinin efirindən bəyan edib.

Onun sözlərinə görə, müəllimlərin əmək haqlarının yüksək  səviyyədə olması çox vacibdir.

“Mən bir nazir deyil, bir vətəndaş kimi deyim ki, bu cür aşağı maaşlar alçaldıcıdır. Biz insanın şərəf və  ləyaqəti kimi bir mövqedən çıxış etməliyik. Biz layiqli maaş almalıyıq. Vətəndaş yetişdirmək istəyiriksə, elə etməliyik ki, müəllim də özünü layiqli insan kimi hiss etsin. Ona görə də əməyin qarşılılqlı mükafatlandırılması çox vacibdir”, - deyə nazir vurğulayıb.

O, həmçinin bildirib ki, bu məsələ bütün siyasi səviyyələrdə müzakirə olunur.

“Mənim prezidentlə, baş nazirlə, baş nazirin müavini ilə bütün siyasi səviyyələrdə ünsiyyətim zamanı bu problemin müzakirəsi gedir. Əmək haqqı modelləri və həll yolları masa üzərindədir”, - Lesovoy bildirib.

Nazir vurğulayıb ki, artım bütün müəllimlərə şamil ediləcək: məktəbdənkənar təhsil müəssisələrinin əməkdaşları, bağça tərbiyəçiləri, ali və orta ixtisas məktəblərinin müəllimləri...