Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 10:15:00
Məktəbin zorla ələ keçirilməsinə “sərt cavab” veriləcək - Moskva

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Polşa hakimiyyətinin nümayəndələri Rusiyanın bu ölkədəki səfirliyinin nəzdindəki məktəbin ərazisini zorla “ələ keçirmək məqsədi ilə” hücum təşkil ediblər.

AzEdu.az xəbər verir ki, Moskva bu hərəkətləri "Diplomatik münasibətlər haqqında" Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirir. B

Onun sözlərinə görə, Varşavanın hərəkətləri “Polşa hakimiyyəti və Polşanın Rusiyadakı maraqları üçün ciddi nəticələrə səbəb olacaq”.

Xatırladaq ki, bundan əvvəl Polşa hakimiyyətinin Rusiyanın Varşavadakı səfirliyindəki məktəbin əməkdaşlarından binanı tərk etmələrini tələb etdiyi bildirilirdi. Bundan əvvəl Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları və Varşava meriyasının nümayəndələri məktəb binasına daxil olmuşdular.