Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 11:14:00
Hər 10 valideyndən 1-i ingilis dilinin tədrisinə qarşıdır

Rusiyada hər 10 valideyndən biri (9%) ingilis dilinin icbari məktəb kurrikulumundan çıxarılması ideyasını dəstəkləyir, 80%-i bunun əleyhinə, 11%-i isə münasibət bildirməkdə qərarsız qalıb.

Azedu.az xəbər verir ki, bu barədə SuperJob analitik informasiya saytının sorğusunda bildirilib. 

Eyni zamanda, rəyi soruşulan hər 5 nəfərdən biri (19%) hesab edir ki, Çin dili məktəbdə məcburi fənn olmalıdır. 59% bunun əleyhinə olub, 22% cavab verməkdə çətinlik çəkib. Çin dilinin məktəblərdədə öyrənilməsinə qarşı arqumentlər aşağıdakılardır:
dilin mürəkkəbliyi, onun tədrisinin keyfiyyətinə şübhələr və ona kütləvi tələbatın olmaması.

Rusiya Dövlət Dumasının keçmiş deputatı Sultan Həmzəyev məktəblilərin psixologiyasına və fiziki fəaliyyətinə aid fənlərə daha çox önəm verməklə, ingilis dilinin məktəb proqramlarından çıxarılmasını təklif edib.