Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 10:48:00
Uşaqlar muzeydəki 230 illik heykəli boyadılar - QALMAQAL

İngiltərədə uşaqlar ekskursiyaya gəldikləri muzeydə 230 illik heykəli karandaşlarla boyayıblar.

AzEdu.az Daily Star saytına istinadən xəbər verir ki, qədim yunan mifologiyasına aid Tanrı heykəli qismən zədələnib. Uşaqlar Pasxa bayramında pulsuz verilən mavi rəngli karandaşlarla heykəlin başını rəngləyiblər.

“Bu hadisənin baş verməsindən məyus olduq", - muzey işçiləri bildiriblər.

Xoşbəxtlikdən bərpaçılar muzey eksponatına zərər verə biləcək əlavə kimyəvi maddələrdən istifadə etmədən heykəldən rəngləri silə biliblər.

“Belə hadisələr çox nadirdir. Milyonlarla ziyarətçi bizim nəzarətimizdə olan eksponatları yüksək qiymətləndirir və onlara hörmətlə yanaşır”, - deyə muzeyin işçisi əlavə edib.

Hadisə nəticəsində kiminsə cəzalandırılması məlum deyil.