Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 10:45:00
İranın Kəşfiyyat Nazirliyindən qızların zəhərlənməsinə REAKSİYA

İranın Kəşfiyyat Nazirliyi qız məktəblərinə zəhərli qaz hücumlarının şuluqluq olduğunu bildirib və xarici “düşmənləri” ölkədəki əlaltıları vasitəsi ilə bu hadisələrdən istifadə edərək rejimi gözdən salmaqda günahlandırıb.

AzEdu.az xəbər verir ki, nazirlik açıqlamasında qeyd edib ki, ölkənin "ən etibarlı laboratoriyaları" tərəfindən araşdırılan nümunələrin heç birində şübhəli maddələrin müəyyən olumayıb.

Nazirliyin hesabatı insanların sosial şəbəkələrdə və hətta bəzi qəzetlərdə hökumətin məktəbli qızların başına gələnləri ictimaiyyətə çatdırması tələbinin aylarla davam etməsi, eyni zamanda bu işdə İran xüsusi xidmət orqanlarının günahlandırılması ilə bağlıdır. İctimaiyyət müvafiq orqanları bu işdə əli olanları tammamaqda tənqid edir.

Nazirlik yüzlərlə qız məktəblinin xəstəxanaya yerləşdirilməsini dələduzlar tərəfindən xoşagəlməz qoxu yaratmaq üçün istifadə edilən üfunət bombaları, bibər qazı, gözyaşardıcı qaz və tələbələrin dərsləri pozmaq üçün istifadə etdikləri bu kimi maddələrlə əlaqələndirib.

Rəsmi qurum iddia edir ki, hadisələrdən sonra xəstəxanaya yerləşdirilən tələbələrin demək olar ki, hamısı cüzi müdaxilədən sonra evə buraxılıb.

Qız məktəblərindəki zəhərlənmələr İranın mərkəzindəki  Qum şəhərində noyabrın 30-da başlayıb, lakin kəşfiyyat nazirliyi iddia edib ki, ilk insident noyabrın 6-da Mazandaran əyalətinin Nur şəhərində baş verib və fevralın sonunda digər əyalətlərə yayılıb.

Bir çox iranlı hesab edir ki, əsasən qız məktəblərini hədəf alan hücumlar rejimin özü və ya onun nəzarəti altında olan ekstremist qruplar tərəfindən qızları qorxutmaq və onları məktəblərdən uzaqlaşdırmaq məqsədi ilə törədilib. Bu da dövlət qurumlarının xalqa qarşı terror metodlarından istifadəsini sübut edir.

Lakin İranın Kəşfiyyat Nazirliyi bütün bunları təkzib edərək şayiə adlandırır.