Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 13:54:00
Təhsil naziri özünün və müəllimlərin maaşından danışdı

Ukraynanın təhsil və elm nazirli Oksen Lisovoy  aldığı maaşın miqdarını açıqlayıb. Eyni zamanda o, müəllimlərin əməyinə görə hansı miqdarda məvacib almalı olduqlarını bildirib.

AzEdu.az-ın məlumatına görə, nazir bildirib ki, müəllimlərin maaşı ilə müqayisədə onun aldığı məvacib pis deyil. Mart ayında o, 27 min qrivna (1158 AZN) maaş alıb. Amma aprel ayı və ondan sonrakı maaşının nə qədər olacağını bilmir.

Oksen Lisovoy deyib ki, Prezident Zelenski ilə görüşü zamanı dövlət başçısı ondan müəllimlərin maaşının nə qədər olması ilə bağlı soruşub. Nazir layiqli hesab etdiyi məbləğin miqdarını bildirib. Lakin indiki şəraitdə buna nail olmağı mümkün hesab etməyib.


“Müəllim nə qədər maaş almalıdır? Bəlkə hərbçilər qədər? Amma hərbçilərin də müxtəlif maaşları var: cəbhə xəttində 100 min (4200 AZN), arxa cəbhədə isə 20 min (860 AZN) qrivna. Əmək haqqının miqdarı ixtisaslaşma səviyyəsindən və bir sıra digər amillərdən asılı olmalıdır”, - nazi deyib.


O, eyni zamanda qeyd edib ki, müharibənin davam etməsinə baxmayaraq, müəllimlərin maaş məsələsi bu gün ölkəsi üçün aktualdır. Ona görə də müəllimlərin maaşlarının artırılması hələlik istək, məqsəd və real imkanlar səviyyəsində qalır. Artım üçün uyğun mexanizmlərin hazırlanması hazırda Təhsil və Elm Nazirliyinin prioritet vəzifələrindən biridir.