Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-08 11:24:00
Dövlət qulluğu imtahanı üçün 1261 nəfər qeydiyyatdan keçib

Dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələrə) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə aprelin 30-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahana qeydiyyat aprelin 20-si saat 10:00-dək aparılacaq. Bu gün saat 11:00-a olan məlumata görə, imtahanda iştirak etmək üçün 1261 (BA-323, BB-936) nəfər qeydiyyatdan keçib.

 

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.