Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-09 16:00:00
DİM magistratura sınaq imtahanında iştirak edəcək namizədlərə müraciət etdi

Magistratura səviyyəsi üzrə sınaq imtahanında iştirak edəcək bakalavrların nəzərinə.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib. 

 

Bildirilib ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

 

İştirakçılar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı buradan çap edə bilərlər.

 

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır. 

 

Qeyd: Sınaq imtahanında iştirakçılara sual kitabçalarını imtahanın sonunda özləri ilə aparmağa icazə veriləcək.

 

Bundan əlavə, imtahandan sonra saat 17:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.