Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 11:07:03
İranda itkin düşən tələbəmizdən nə xəbər var? - XİN-dən CAVAB

Azərbaycanın İrana verdiyi notaya hələ cavab almamışıq.

 

AzEdu.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

 

XİN rəsmisi itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli ilə bağlı İrandan məlumat alınmadığını bildirib.

 

"İrana verdiyimiz notaya hələ ki cavab verilməyib. Buna görə də, axtarışlarda son durumla bağlı məlumat yoxdur. Ümid edirik ki, bu gün ərzində bizə cavab verilər".

 

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.