Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 10:22:49
“Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi keçirilir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi keçirilir.

 

AzEdu.az xəbər verir ki, müsabiqənin şəhər mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin qeydiyyatdan keçmiş şagirdlərinin təqdimatı dinlənilir. Martın 17-dək davam edəcək dinləmələrdə uğur qazanan 12 ən yaxşı təqdimat müəllifi ölkə turunda iştirak hüququ qazanacaq.

 

Müsabiqədə qiymətləndirmə təqdimatçının Ulu Öndərin həyat və fəaliyyəti ilə əlaqədar mövzularla bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, şərh etdiyi məsələlərə müxtəlif mövqelərdən yanaşma və öz mövqeyini bildirməsi, mülahizələrini bildirərkən yaradıcılıq səviyyəsi, nitqinin səlisliyi və lüğət ehtiyatının zənginliyi, irəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırması və nəticələr çıxarması meyarlarına əsasən aparılır.

 

Qeyd edək ki, elm və təhsil nazirinin əmrinə əsasən, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.