Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-03 17:23:00
Məktəblilərin narkotik vasitəsindən istifadəsi ilə bağlı iddialara CAVAB - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Bakıda 44 saylı məktəbin həyətində şagirdlərin narkotik vasitədən istifadə etməsi ilə bağlı görüntülər yayılıb.

 

AzEdu.az-ın məktəbdən aldığı məlumata əsasən videogörüntülərdə yer alan ərazi 44 nömrəli tam orta məktəbin arxa tərəfində yerləşir.

 

"Ərazi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aiddir və burda adı qeyd edilən ASC-nin enerji blokları yerləşdirilib. Məktəbli geyiminin rənginə görə təsbit edilib ki, videoda görünən şəxslər 44 nömrəli tam orta məktəbin şagirdləri deyil.

 

Qeyd edək ki, yayılan videogörüntülərlə bağlı məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Məsələ ilə bağlı araşdırma aparılır.

 

16:33

 

Sosial şəbəkələrdə Bakıda 44 saylı məktəbin həyətində şagirdlərin narkotik vasitədən istifadə etməsi ilə bağlı görüntülər yayılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, videogörüntülərlə bağlı araşdırma aparılır:

 

“İddialar araşdırma predmetidir. Nəticəsi barədə əlavə məlumat veriləcək".