Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-29 13:56:40
7-9-cu siniflər arasında olimpiada keçiriləcək

Azərbaycanda rus dilində “Ana dili – qəlbin aynası” XV Respublika Olimpiadasının II mərhələsi keçirilir.

 


AzEdu.az xəbər verir ki, bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən məlumat verilib ki, bu il Olimpiada Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

 


Qeyd edək ki, aprelin 28-də Xaçmaz şəhəri Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə olimpiadanın növbəti on yeddinci turu keçirilib. Bu turda Quba, Qusar, Siyəzən, Şabran rayonlarından 7-9-cu sinif şagirdləri iştirak ediblər.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin - Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Xaçmaz şəhər təhsil sektorunun rus dili üzrə metodisti Reyhan Eyvazova, məktəbin direktoru Rasim Muradov, məktəbin direktor müavini, rus dili müəllimi Kəmalə Niftəliyeva Olimpiada iştirakçılarını salamlayıblar.

 


Tədbirdə Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova çıxış edib.
Olimpiadanın bütün iştirakçılarına sertifikatlar təqdim olunub.
Bundan əlavə, Olimpiada çərçivəsində bədii və metodik ədəbiyyat kitabları məktəbin istifadəsinə verilib.

 


Rus dilində Olimpiada Bakıdakı Rus Evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universiteti və Bank “VTB-Azərbaycan”ın dəstəyi ilə keçirilir.

 


Olimpiadanın II mərhələsi aprel-iyun aylarında Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Azərbaycanın regionlarında Azərbaycan məktəblərinin 7-9-cu sinif şagirdləri arasında esse formasında keçirilir. Olimpiada çərçivəsində ümumtəhsil müəssisələrini ziyarət etməklə, Azərbaycanın şəhər və rayonlarına regional turlar təşkil olunur.