Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-22 19:45:00
İtkin düşən məktəbli qardaşlar tapılıb-YENİLƏNİB

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.

 

Bu barədə AzEdu.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Xatırladaq ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

 

 

***

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb. 

 

AzEdu.az Report-a istinadən xəbər verir ki, bunu məktəblilərin atası Tural Muradov bildirib.

 

"Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vasitəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduqlarını bildirdilər", - o söyləyib.  

 

***

Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda iki məktəbli qardaşın itkin düşdüyü barədə məlumat yayıb.

 

AzEdu.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Xaçmaz şəhər sakinləri, 9 saylı məktəbin 10-cu sinif şagirdi Nicat Muradov və onun qardaşı, 7-ci sinif şagirdi Kənan 3 gün öncə dərsdən çıxıb və evə qayıtmayıblar.

 

Onları görən şəxslərdən bu barədə DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə və ya (055/070) 234-50-30 mobil nömrələrinə məlumat vermələri xahiş olunur.