Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-09 09:07:59
Məktəbəhazırlıq qruplarına qeydiyyat... 

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

 

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-i saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə avqustun 15-i saat 11:00-da aktiv ediləcək.