Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-29 11:47:00
Məktəblilər beynəlxalq olimpiadaya hazırlaşır

Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi uğurla təmsil edirlər. Aprelin 30-dan mayın 7-dək Qazaxıstanın Astana şəhərində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi 5 şagird təmsil edəcək.

 


Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, bilik yarışına hazırlıqla əlaqədar beynəlxalq olimpiada mərkəzində şagirdlərə il ərzində nəzəri dərslər keçirilib. Bundan əlavə, praktiki biliklərin daha dərindən mənimsənilməsi üçün UFAZ-da laboratoriya dərsləri təşkil olunub.

 


Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.