Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 12:45:30
Məktəblərdə "İdman həftəsi" başlayıb

Fevralın 27-dən ümumi təhsil müəssisələrində idman həftəsinə start verilib. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən "idman həftəsi" martın 3-dək davam edəcək. 

 

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.

 


Qeyd edək ki, "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.