Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 13:28:00
UNEC tələbələri "PAŞA BANK"da infoturda olublar

AzEdu.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbələri Gənclər Günü münasibətilə “PAŞA Bank”da infoturda olublar.

 

“PAŞA Bankda bir gün” layihəsi çərçivəsində tələbələr bankın müxtəlif şöbələrinin fəaliyyəti və gündəlik iş prosesi ilə tanış olublar. Bankın əməkdaşları tələbələrin işə qəbul, büdcələmə, kreativ dizayn və digər sahələrlə bağlı suallarını cavablandırıblar.