Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-19 15:36:00
Qəbul otağında ölən müəllimlə bağlı AÇIQLAMA

Qazax-Tovuz Regional Təhsil İdarəsi müəllim Elçin Abdıyevin qəbul zamanı ölümü ilə bağlı ittihamlara aydınlıq gətirib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən Təhsil İdarəsinin aparıcı məsləhətçisi Nəcibə Vəliyeva bildirib ki, qəbul zamanı İdarə müdiri Arslan Hacıyevlə Elçin Abdıyev arasında mübahisə baş verməyib.

 

“Elçin Abdıyevin vəziyyəti vətəndaş qəbulu otağına daxil olanda pisləşmişdi. Heç danışmağa macal tapmadı. Elçin Abdıyevlə Təhsil İdarəsinin müdiri Arslan Hacıyev arasında hansısa mübahisənin olduğundan söhbət gedə bilməz. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Uzun illər Tovuz təhsilinə xidmət etmiş Elçin Abdıyevin yaxınlarına başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik”, - qurum rəsmisi deyib.

 

Qeyd edək ki, yanvarın 18-də Qazax-Tovuz Regional Təhsil İdarəsində keçirilən idarə müdirinin vətəndaş qəbulu zamanı müəllim Abdıyev Elçin Nadir oğlunun qəfildən halı pisləşib. İlkin müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Elçin Abdıyev uzun illər Tovuz rayon təhsil sektorunda metodist vəzifəsində çalışıb. İddialara görə, o, işdən çıxarılmasına görə RTİ-nin müdiri Arslan Hacıyevin qəbuluna gələrək narazılığını ifadə edib.