Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-15 09:20:00
Bu gün  Beynəlxalq Vikipediya Günüdür

Bu gün dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 22 ili tamam olur.

 

AzEdu.az xəbər verir ki, yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur.

 

“Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın 318 dilində mövcud olan, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə, “Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.